• Bakı 23° C

    4.51 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Nazirdən sertifikatlaşdırmadan keçən müəllimlərlə bağlı MÜHÜM AÇIQLAMA 

CƏMİYYƏT

11 Sentyabr 2026 | 12:30 | Müəllif: Günəş Mərd

Nazirdən sertifikatlaşdırmadan keçən müəllimlərlə bağlı MÜHÜM AÇIQLAMA

Müəllimlərin 90 faizdən çoxu sertifikatlaşdırmadan keçib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev təhsil işçilərinin sentyabr konfransında deyib.

Nazir bildirib ki, müəllim heyətinin hələlik üçdə biri müsabiqə (MİQ) yolu ilə sistemə cəlb olunsa da, artıq hər bir pedaqoq haqqında ümumi məlumat bazası formalaşdırılıb və böyük əksəriyyəti sertifikatlaşdırmadan keçib.

Təhsildə davamlılığın vacibliyini vurğulayan Emin Əmrullayev pilot layihələrlə ümumi sistemi yaxşılaşdırmağın mümkün olmadığını qeyd edib:

“Pilot layihələrlə təhsil sistemini yaxşılaşdıra bilmərik. Təhsildə davamlılıq lazımdır. 30 fərqli qısa müddətli iş görməkdənsə, 5 iş görək, amma davamlı olsun. Düşünürəm ki, 10 il ərzində müəllim keyfiyyətini artıra bilmişik”.

Murad İsmayıl 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026