• Bakı 18° C

    1.06 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Quba polisindən ƏMƏLİYYAT: Saxlanılanlar var - FOTO

HADİSƏ

10 Avqust 2026 | 11:16 | Müəllif: Əli Hüseynov

Quba polisindən ƏMƏLİYYAT: Saxlanılanlar var - FOTO

Qubada 7 kiloqram narkotik vasitə aşkarlanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş 58 yaşlı Xəyyam Muradov saxlanılıb.

Ondan ümumilikdə 7 kiloqram marixuana aşkarlanaraq götürülüb.

Keçirilən digər əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş 38 yaşlı Zülfüqar Məmmədovdan qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd AKM markalı avtomat aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Məhkəmənin qərarı ilə X.Muradov və Z.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.


Quba polisindən ƏMƏLİYYAT: Saxlanılanlar var - FOTOQuba polisindən ƏMƏLİYYAT: Saxlanılanlar var - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Oktyabr 2026