Tovuzda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin bəzi detalları məlum olub.
Hadisə ilə bağlı əslən Tovuzdan olan Matc.az saytının baş redaktoru İxtiyar Əsgərov Bakıvaxtı.az-a bildirib ki, baş verən zəncirvari qəzada bir nəfər ölüb.
O, qəzada ziyan görən avtomobilin sahibinin bacısı oğlu olduğunu bildirib:
"Sabah toyu olacaq bacıoğlunun maşını da bu hala düşüb. Bacımla maşından düşüb marketə giriblər; cəmi 10-15 saniyə sonra isə bu qəza baş verib".
Murad Məmmədli
***
7 sentyabr, saat 23:22
Tovuzda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan bir neçə avtomobilin toqquşması nəticəsində zəncirvari qəza baş verib. Hadisə zamanı bir nəfərin öldüyü bildirilir.
Əraziyə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

















