Şəki rayonundakı "Şəki Yaylası" istirahət mərkəzindən sentyabrın 8-i saat 14:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış qeydə alınıb.
Bu barədə Bakıvaxtı.az-a TƏBİB-dən bildirilib.
Vurğulanıb ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2 kişinin həkiməqədər ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, bu gün günorta saatlarında Şəki rayonunun Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" istirahət mərkəzində kanat qırılıb. Nəticədə 2 nəfər yüksəklikdən düşərək həyatını itirib. Ölənlərdən biri Qax rayon Zərnə kənd sakini, 1996-cı il təvəllüdlü Coşqun Ceyhun oğlu Məmmədovdur. Onun Bakıdan Şəkiyə istirahət məqsədilə gəldiyi bildirilir.
*** 18:33
"Şəki yaylası"nda əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində iki nəfər həlak olub.
Bakıvaxtı.az Oxu.Az-a istinadən xəbər verir ki, ilkin məlumata görə, hadisə bu gün baş verib.
Hadisənin təfərrüatı və ölən şəxslərin kimliyi barədə hələlik məlumat yoxdur.
Diqqət: Əsəbi zəif olanlar videonu izləməsin!
















