• Bakı 10° C

    13.85 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1523

Qazaxıstan nümayəndə heyəti Şəhidlər xiyabanını və Zəfər parkını ziyarət edib

SİYASƏT

08 Aprel 2026 | 12:08

Qazaxıstan nümayəndə heyəti Şəhidlər xiyabanını və Zəfər parkını ziyarət edib

Azərbaycanda səfərdə olan Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev və nəqliyyat naziri Nurlan Sauranbayev Şəhidlər xiyabanını ziyarət ediblər.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad olunub, məzarları üzərinə tər güllər düzülüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Eyni zamanda, Zəfər parkı da ziyarət olunub, abidə önünə əklil qoyulub.


SON XƏBƏRLƏR