• Bakı 21° C

    3.72 m/s

Ötən il dünya milyarderləri sərvətlərini 16% artırıblar

DÜNYA

19 Yanvar 2026 | 17:34 | Müəllif: Gülşən Şərif

Ötən il dünya milyarderləri sərvətlərini 16% artırıblar

2025-ci ilə qədər milyarderlərin sərvətində pul ifadəsində artım 2,5 trilyon dollar təşkil edib. 

Bakıvaxtı.az "İnterfaks"a istinaən xəbər verir ki, hesabat ənənəvi olaraq Davosda keçiriləcək Dünya İqtisadi Forumundan əvvəl dərc olunub.

Hesabata görə, dünya dollar milyarderlərinin ümumi sərvəti 2025-ci ilə qədər 16% artıb ki, bu da son 5 ildəki orta illik artım tempindən üç dəfə çoxdur. 

Ötən il dollar milyarderlərinin sayı ilk dəfə 3000-i keçib. Dünyanın ən varlı adamı İlon Mask sərvəti 500 milyard dollara çatan ilk şəxs olub.

Qeyd olunub ki, milyarder dünyanın ən böyük media şirkətlərinin yarısından çoxuna sahibdirlər.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026