• Bakı 18° C

    7.76 m/s

İrəvanda atışma: ölən və yaralananlar var - YENİLƏNİB

DÜNYA

18 Fevral 2026 | 17:33

İrəvanda atışma: ölən və yaralananlar var - YENİLƏNİB

İrəvanda baş verən, bir nəfərin ölümünə, 6 nəfərin yaralanmasına səbəb olan atışmanın bəzi təfərrüatları məlum olub.

Bakıvaxtı.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, xəstəxanaya 7 nəfər gətirilib.

Yaralılardan birinin həyatını xilas etmək mümkün olmayıb. Onlardan ikisinin vəziyyəti ağırdır, qalanları əməliyyat olunur.

Hadisənin digər detalları hələlik açıqlanmayıb.

***

17:15

İrəvanın Açapnyak rayonunda atışma baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, polis əməkdaşları təcili əməliyyat-istintaq tədbirləri görürlər, əlavə məlumat veriləcək.

İlkin məlumatlara görə, hadisə nəticəsində ən azı 6 nəfər müxtəlif dərəcəli xəsarət alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR