Sosial şəbəkələrdə yayılan video Seneqal futbolu ətrafında mübahisələri daha da gücləndirib.
Bakıvaxtı.az xəbər verir ki, görüntülərdə ölkə millisinin baş məşqçisi Pape Tiaunun Afrika Millətlər Kuboku (AFCON) kubokunu hərbi obyektə bənzər bir ərazidə saxladığı əksini tapıb.
Kadrlarda Tiaunun silahlı şəxslərin əhatəsində kuboku əlində tutduğu görünür. Bu görüntülər sosial mediada sürətlə yayılaraq azarkeşlər arasında çaşqınlıq yaradıb.
Mübahisənin əsasında AFCON finalı ilə bağlı qərar dayanır. Rabatda keçirilən oyunda Seneqal əlavə vaxtdan sonra qalib gəlsə də, Afrika Futbol Konfederasiyasının intizam komitəsi nəticəni ləğv edərək, qələbəni Mərakeşə verib.
Bu qərarla razılaşmayan Seneqal tərəfi hüquqi mübarizəyə başlayıb. Bildirilir ki, məsələ ilə bağlı İdman Arbitraj Məhkəməsinə müraciət olunacaq.
Bununla belə, yayılan videonun həqiqiliyi hələ də rəsmi şəkildə təsdiqlənməyib. Bəzi iddialara görə, görüntülər əvvəlki dövrə aid ola və ya yanlış təqdim edilə bilər.
Hazırda həm kubokun taleyi, həm də yaranmış mübahisənin nəticəsi qeyri-müəyyən olaraq qalır.
Bakı 




