• Bakı 19° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Oğurladığı elektrik naqillərini yandıraraq satan şəxs saxlanıldı

HADİSƏ

05 Fevral 2026 | 15:01

Oğurladığı elektrik naqillərini yandıraraq satan şəxs saxlanıldı

Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən anbarların birindən elektrik naqilləri oğurlanıb.

Bakıvaxtı.az xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə hadisəni törətməkdə şübhəli bilinən 34 yaşlı C.Mütəllimzadə müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar nəticəsində məlum olub ki, o, bir müddət əvvəl həmin anbarda çalışdığı üçün əraziyə yaxından bələd olub. Oğurluğu törətdikdən sonra isə naqilləri yandıraraq əlvan metal qəbulu məntəqələrinə satıb.

Qaradağ rayonunda isə marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən 38 yaşlı B.Qasımov da polis tərəfindən saxlanılıb.

Hər iki fakt üzrə araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR