• Bakı 19° C

    3.08 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Narkotiklərin dövriyyəsini təşkil edən şəxs saxlanılıb

HADİSƏ

11 Yanvar 2025 | 10:20

Narkotiklərin dövriyyəsini təşkil edən şəxs saxlanılıb

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat həyata keçiriblər. Tədbirlərlə əvvəllər də eyni əmələ görə məhkum olunmuş 38 yaşlı Eldar Ağayev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, onun üzərindən və istifadəsiz tikilidə gizlətdiyi yerdən 6 kiloqram marixuana aşkarlanıb.

    Faktla bağlı cinayət işi başlanılıb, E.Ağayev barəsində həbs qətimkan tədbiri seçilib.

    Araşdırma aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    07 Oktyabr 2026