"Serbiyanın Fransadan "Rafale" qırıcılarını almaq qərarı azad seçimdir".
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Kreml nümayəndəsi bildirib ki, hər bir dövlət bu cür qərarlar qəbul edərkən öz iqtisadi və digər maraqlarını rəhbər tutur:
"Fransadan qırıcı təyyarələrin alınması serb dostlarımızın azad seçimidir".
Qeyd edək ki, Serbiya prezidenti Aleksandr Vuçiç Belqradın 2,7 milyard avroya 12 Fransız "Rafale" qırıcı təyyarəsi aldığını bildirib. Onun sözlərinə görə, Serbiyanın sərəncamında ilk dəfə olaraq Qərb istehsalı olan təyyarələr olacaq. Dövlət başçısı qeyd edib ki, Rusiya istehsalı olan qırıcı təyyarələri indi sanksiyalara görə almaq mümkün deyil.
Gülşən Şərif
















