• Bakı 19° C

    5.65 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Türkiyənin BRİKS-ə daxil olması... - Kurtulmuş

DÜNYA

29 Sentyabr 2024 | 11:01 | Müəllif: Subhan Mahmudov

Türkiyənin BRİKS-ə daxil olması... - Kurtulmuş

Geostrateji mövqe tutan, Şərqlə Qərb arasında körpü rolunu oynayan, mədəni keçmişi və gələcək perspektivləri olan Türkiyə qlobal sistemdə təsirli rol oynayan bir aktor olmaq prosesinə qədəm qoyub.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə parlamentinin spikeri Numan Kurtulmuş TASS-a müsahibəsində deyib.

“Bu səbəbdən biz BRİKS-i gələcək çoxqütblü dünya sisteminin mühüm formalaşmalarından biri hesab edirik və Türkiyənin bu quruma daxil olması onu məhdudlaşdırmayacaq, əksinə, xarici siyasət imkanlarını genişləndirəcək. Türkiyənin BRİKS-də olması əslində dünyada sülhə çox daha ciddi töhfə verəcək. Axı Türkiyə beynəlxalq əməkdaşlığın bir çox formatında eyni vaxtda iştirak edən ölkədir. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü, İslam Əməkdaşlıq Təşkilatının üzvü, Türk Dövlətləri Təşkilatının üzvü, Avro-Aralıq dənizi Tərəfdaşlığının üzvü, NATO-nun üzvü və bir ölkədir”, - Kurtulmuş bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Oktyabr 2026