Norveç ABŞ-dən təxminən 363 milyon dollar dəyərində zenit raketləri alacaq.
Bakıvaxtı.az "Sozcu"yə istinadən xəbər verir ki, Oslo hökuməti ABŞ-dən "AIM-120C-8" qabaqcıl orta mənzilli hava raketi alacağını açıqlayıb.
Norveçin müdafiə naziri Byorn Arild Qram bildirib ki, yeni raketlər Norveçi hava hücumlarından daha yaxşı qoruya bilər.
Təxminən 363 milyon dollar dəyərində olan bu raketlər F-35A təyyarələrinin arsenalına da daxil edilə bilər.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti iyunun 12-də Norveçə təxminən 1,94 milyard dollar dəyərində qabaqcıl orta mənzilli hava-hava raketləri və digər hərbi texnikanın satışını təsdiqləyib.
Gülşən Şərif


jpg-1730183812.jpg)













