• Bakı 22° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

İtaliyada mafiyaya qarşı əməliyyat keçirilib, 96 nəfər saxlanılıb

HADİSƏ

26 Aprel 2021 | 11:19

İtaliyada mafiyaya qarşı əməliyyat keçirilib, 96 nəfər saxlanılıb

İtaliya polisinin ölkənin şimalındakı Apulia rayonunun Bari şəhərində həyata keçirdiyi genişmiqyaslı xüsusi əməliyyat nəticəsində 96 nəfər saxlanılıb.

Bazar ertəsi həyata keçirilən əməliyyat zamanı saxlanılanların müxtəlif mütəşəkkil cinayətkar dəstələrin üzvləri olduğu bildirilir.

“Vortice Maestrale” adlı əməliyyat ölkənin Antimafiya İdarəsi ilə koordinasiyalı şəkildə polis və xüsusi təyinatlılar tərəfindən həyata keçirilib. Əsas zərbənin Baridə əksər kriminal fəaliyyətləri idarə edən Strişulo mafiya klanına endirildiyi bildirilir. Saxlanılan 96 nəfərdən əlavə 3 nəfərin barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Onların hamısına qarşı mafiyaya üzv olmaq, narkotik maddələrin qanunsuz dövriyyəsi, işgəncə, ağır bədən xəsarətləri yetirmə, odlu silahların qanunsuz əldə edilməsi və daşınması ittihamları irəli sürülüb, barələrində cinayət işi başlanıb.

Hazırkı mərhələdə ümumilikdə 147 nəfər barəsində istintaq başladıldığı bildirilir. Məlumatda xüsusi əməliyyatın 2015-ci ildən bəri aparılan hərtərəfli araşdırmaların, kriminal iyerarxiya barəsində əldə edilən detallı sənədlər və s. nəticəsində mümkün olduğu bildirilib./apa/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026