Elbrus dağına qalxarkən həlak olan iki Bosniya alpinistinin meyiti xilasedicilər tərəfindən Azau düzənliyinə endirilərək hüquq-mühafizə orqanlarına təhvil verilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb.
Məlumata görə, Moskva vaxtı ilə saat 18:00-a olan vəziyyətə əsasən, Elbrus dağında aparılan axtarış-xilasetmə işləri müvəqqəti dayandırılıb.
Nazirlik bildirib ki, xilasedicilər iki Bosniya alpinistinin meyitini Azau düzənliyinə təxliyə edərək istintaq-əməliyyat qrupuna təhvil veriblər.
Bakı 



