• Bakı 33° C

    1.17 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

Maşında ürəkbulanma: Pediatrdan valideynlərə məsləhət

CƏMİYYƏT

26 Iyul 2026 | 09:36

Maşında ürəkbulanma: Pediatrdan valideynlərə məsləhət

Yay mövsümündə uzun avtomobil səfərləri zamanı uşaqlarda ürəkbulanma və qusma halları tez-tez müşahidə olunur.

Bakıvaxtı.az xəbər verir ki, pediatr Jül Fujer bunun beynin gözlərdən və bədənin hərəkətindən gələn siqnallar arasındakı uyğunsuzluqdan qaynaqlandığını bildirib.

Həkimin sözlərinə görə, səfərdən əvvəl uşağın ac olmaması, lakin ağır yemək də yeməməsi vacibdir. Avtomobildə isə uşağın hərəkət istiqamətinə baxaraq oturması tövsiyə olunur.

Pediatr həmçinin yol boyu planşet və telefon kimi ekranlardan istifadə etməməyi məsləhət görür. Çünki bu, ürəkbulanmanı daha da gücləndirə bilər.

Bundan əlavə, uşağın kifayət qədər su içməsi, avtomobil salonunun mütəmadi havalandırılması və uzun yollarda tez-tez fasilə verilməsi tövsiyə edilir./Medicina.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Iyul 2026