• Bakı 33° C

    1.17 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

“Xankəndi” yeni futbolçu transfer etdi

İDMAN

26 Iyul 2026 | 14:42

“Xankəndi” yeni futbolçu transfer etdi

“Xankəndi” futbol komandası heyətini 27 yaşlı İbrahim Qədirzadə ilə gücləndirib.

Bakıvaxtı.az xəbər verir ki, klub son olaraq “Karvan-Yevlax”da çıxış edən futbolçu ilə mövsümün sonunadək müqavilə bağlandığını açıqlayıb.

Qədirzadənin əsas mövqeyi dayaq yarımmüdafiəsidir.

Qədirzadə 2025/2026 mövsümündə “Karvan-Yevlax”ın heyətində bütün turnirlərdə 16 rəsmi oyunda meydana çıxıb və 517 dəqiqə oynayıb. Klub iki gün əvvəl müqaviləsi başa çatdığı üçün futbolçusu ilə yollarını ayırdığını açıqlayıb.

Xatırladaq ki, “Xankəndi” ötən mövsümü İkinci Liqada 76 xalla birinci pillədə başa vuraraq çempion olub. Zaur Hacıyevin komandası bununla Birinci Liqaya vəsiqə qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Iyul 2026