• Bakı 33° C

    1.17 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

Kürdəmirdə zəncirvari yol qəzası - Xəsarət alanlar var

HADİSƏ

26 Iyul 2026 | 11:32

Kürdəmirdə zəncirvari yol qəzası - Xəsarət alanlar var

Kürdəmirdə baş verən zəncirvari yol-nəqliyyat hadisəsində iki xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun 26-cı kilometrliyində, rayonun Təklə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Daewoo" markalı avtomobil yol kənarında dayanmış "VAZ-2106" markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən nəqliyyat vasitəsi hərəkətdə olan digər "VAZ-2106" markalı avtomobilə dəyib.

Qəza nəticəsində "VAZ-2106" markalı avtomobillərdən biri aşıb. Bu zaman avtomobilin yaxınlığında dayanan rayon sakinləri - 34 yaşlı Kamran Məmmədov və 27 yaşlı Əlismayıl Əliyev nəqliyyat vasitəsinin altında qalaraq ağır bədən xəsarətləri alıblar.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Iyul 2026