Quba rayonunda ikimərtəbəli yaşayış ehvində yanğın baş verib.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Pirvahid kəndində qeydə alınıb.
Yanğın kənd sakini Tarverdiyev Qəzənfər Ənvər oğluna məxsus ümumi sahəsi 320 kvadratmetr olan, hər mərtəbəsi 160 kvadratmetr təşkil edən ikimərtəbəli fərdi yaşayış evində baş verib.
Yanğın nəticəsində evin dam örtüyü və ikinci mərtəbəsinin 130 kvadratmetr sahəsi yanıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının operativ müdaxiləsi nəticəsində ikinci mərtəbədə yerləşən bir otaq, eləcə də birinci mərtəbə tam şəkildə alovdan mühafizə olunub.
Hadisə zamanı xəsarət alan olmayıb.
İlkin ehtimala görə, yanğın elektrik şəbəkəsində baş vermiş qısaqapanma nəticəsində baş verib.
Faktla bağlı araşdırma aparılır.
Bakı 



