Sumqayıtda itkin düşən 14 yaşlı Mənsurə Bağırova və Aynur Kazımova (adlar şərtidir) tapılıb.
Bakıvaxtı.az xəbər verir ki bu barədə onlardan birinin ailə üzvləri məlumat verib.
Belə ki, Xırdalanda yaşayan qızlardan bir gündən artıq xəbər alınmadığı üçün onların axtarışına başlanılmışdı.
Qızların Sumqayıt şəhərinin Təzə parkı və Göyərçin parkı ərazisində olduqları bildirilmişdi.
Son məlumata görə, hər iki qız tapılıb və onların vəziyyətləri ilə bağlı əlavə məlumat verilməyib.
Murad İsmayıl
***
23 avqust, 13:47
Sumqayıtda 14 yaşlı iki qız itkin düşüb.
Bakıvaxtı.az yeni sabah-a istinadən xəbər verir ki, Xırdalanda yaşayan Mənsurə Bağırova və Aynur Kazımova (adlar şərtidir) Sumqayıta gediblər. Onlardan sonuncu dəfə şəhərin Təzə parkı və Göyərçin parkı ərazisində xəbər alınıb.
Qızlardan artıq bir gündür ailələri xəbər ala bilmir.
Onları görən və ya harada olduqları barədə məlumatı olan şəxslərdən 050 578 10 11 və 050 456 95 86 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.
















