• Bakı 25° C

    13.94 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

 “Soyuz MS-28” gəmisinin beynəlxalq ekipajı Yerə qayıdıb

DÜNYA

26 Iyul 2026 | 20:41

 “Soyuz MS-28” gəmisinin beynəlxalq ekipajı Yerə qayıdıb

Beynəlxalq Kosmik Stansiyada 241 günlük missiyanı başa vuran “Soyuz MS-28” pilotlu kosmik gəmisinin beynəlxalq ekipajı Yerə qayıdıb.

Bakıvaxtı.az xəbər verir ki, eniş aparatı Qazaxıstan çöllərində, Jezkazqan şəhərindən 147 kilometr cənub-şərqdə yerə enib.

Yerə “Roskosmos”un kosmonavtları Sergey Kud-Sverçkov və Sergey Mikayev, həmçinin NASA-nın astronavtı Kristofer Uilyams qayıdıblar.

Eniş normal rejimdə həyata keçirilib. Ekipaj üzvlərinin vəziyyətinin yaxşı olduğu bildirilir.

Missiya 2025-ci il noyabrın 27-də “Baykonur” kosmodromundan start götürüb. Ekipaj 241 gün ərzində Yerin ətrafında 3856 dövrə vuraraq 164 milyondan çox kilometr məsafə qət edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Iyul 2026