• Bakı 33° C

    1.17 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

ABŞ-ın gizli İran planı ifşa olundu

DÜNYA

26 Iyul 2026 | 13:49

ABŞ-ın gizli İran planı ifşa olundu

ABŞ administrasiyası İranın nüvə obyektlərində saxlanıldığı ehtimal edilən zənginləşdirilmiş uran ehtiyatını ələ keçirmək məqsədilə genişmiqyaslı xüsusi hərbi əməliyyat keçirmək imkanını dəyərləndirir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə New York Post nəşri məlumat yayıb.

Bildirilib ki, mümkün əməliyyata minlərlə hərbçi, mühəndis bölmələri və xüsusi təyinatlı qüvvələrin cəlb olunması nəzərdə tutulur. Hərbi ekspertlər belə bir missiyanın həyata keçiriləcəyi təqdirdə tarixdə ən mürəkkəb əməliyyatlardan biri ola biləcəyini qeyd edirlər.

Məlumata görə, əməliyyatın əsas məqsədi İranın ciddi mühafizə olunan Fordo və İsfahan nüvə obyektlərində saxlanıldığı iddia edilən zənginləşdirilmiş uran ehtiyatını təhlükəsiz şəkildə çıxarmaqdır. Bunun üçün əraziyə tam nəzarətin təmin edilməsi, mümkün partlayıcı tələlərin zərərsizləşdirilməsi və nüvə materialının təhlükəsiz şəkildə daşınması tələb olunur.

Nəşrin yazdığına əsasən, İran mümkün hərbi müdaxilə ehtimalını nəzərə alaraq bəzi nüvə obyektlərinin ətrafında əlavə müdafiə tədbirləri həyata keçirib. Eyni zamanda, son dövrlərdə "Pickaxe Mountain" adı ilə tanınan yeni yeraltı obyekt də ABŞ-ın diqqət mərkəzindədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Iyul 2026