Husi üsyançıları Yəmənin Əl-Cauf əyaləti üzərində Səudiyyə Ərəbistanına məxsus “Bayraqdar Akıncı” PUA-sını vurub.
Bakıvaxtı.az xəbər verir ki, bunu Husi üsyançılarının sözçüsü Yəhya Səriyə deyib.
"Husilər Əl-Cauf əyaləti üzərində əməliyyatlar aparan Səudiyyə Ərəbistanına məxsus Türkiyə istehsalı olan “Bayraqdar Akıncı” kəşfiyyat və hücum PUA-sını vurmağı bacarıblar", - Səriyə bildirib.
Qeyd edək ki, Yəmənin Əl-Cauf əyalətində husilərlə Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələr arasında toqquşmalar başlayıb.
Bakı 



