• Bakı 33° C

    1.17 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

Osimhen üsyan etdi: Nankorlar, 3 aydır maaş almıram...

İDMAN

26 Iyul 2026 | 12:16

Osimhen üsyan etdi: Nankorlar, 3 aydır maaş almıram...

"Qalatasaray"ın hücumçusu Viktor Osimhen sosial media hesabında canlı yayım zamanı Türkiyə klubunun rəhbərliyini sərt tənqid edib.

Bakıvaxtı.az xəbər verir ki, nigeriyalı hücumçu 3 aydır maaş ala bilmədiyini açıqlayıb.

"Üç aydır maaşımı almıram. Mən olmasaydım, dünyada heç kim "Qalatasaray"ı tanımazdı. Əgər pulumu verməsəniz, gedəcəyəm. Nankorlar!”, - futbolçu bildirib.

Qeyd edək ki, Viktor Osimhen “Qalatasaray”a İtaliyanın “Napoli” klubundan 75 milyon avro qarşılığında transfer olunub. O, ötən mövsüm 33 matçda 22 qol vurub və 8 məhsuldar ötürmə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Iyul 2026