• Bakı 28° C

    15.13 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

Sumqayıtda aylar öncə qazılan yol  hələ də bərpa edilmir - VİDEO

REPORTAJ

26 Iyul 2026 | 21:44

Sumqayıtda aylar öncə qazılan yol  hələ də bərpa edilmir - VİDEO

Sumqayıtda avtomobil yolu aylardır hər iki istiqamətdə bağlıdır. Asfalt qatı qazılıb, amma hələ də bərpa edilməyib. Hazırkı vəziyyət həm sürücüləri, həm də ərazidə yaşayan sakinləri narahat edir.

Bakıvaxtı.az xezerxeber.az-a istinadən xəbər verir ki, Sumqayıt şəhərinin 12-ci mikrorayon ərazisindən keçən hissəsdə yol uzun müddətdir istifadəyə bağlı qalıb. Sakinlərin sözlərinə görə, yol qazıntı işlərindən sonra bərpa edilmədiyi üçün nəqliyyatın hərəkəti dayandırılıb. Üstü açıq su xətləri elə olduğu kimi də qalıb. Qazıntı işlərini Dövlət Su Ehtiyatları Agentliyi həyata keçirib.

Bildirilib ki, yolun bu vəziyyətdə qalması səbəbindən sürücülər alternativ marşrutlardan istifadə etməyə məcbur qalırlar. Avtomobillər mikrorayonun dar və yaşayış binalarının arasından keçən küçələri ilə hərəkət edir ki, bu da piyadalar üçün təhlükə yaradır.

Sumqayıt Su-Kanal İdarəsindən “Xəzər Xəbər”ə bildirildi ki, Çerkassi küçəsində istismar müddətini başa vurmuş kanalizasiya xətti yenisi tam şəkildə yenilənib. Hazırda ərazidə əsas işlər yekunlaşıb. Növbəti günlərdə yolun bərpası və təmiri işlərinə başlanılacaq.

 Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Iyul 2026