• Bakı 30° C

    9.68 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

Serbiya iqtisadi artım tempinə görə Avropada lider ola bilər - Vuçiç

DÜNYA

26 Iyul 2026 | 17:12

Serbiya iqtisadi artım tempinə görə Avropada lider ola bilər - Vuçiç

Serbiya iqtisadi inkişaf göstəricilərinə görə bu il Avropanın ilk üç ölkəsi sırasında yer alır və Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına əsasən, 2027-ci ildə qitədə ən yüksək ÜDM artımına malik ölkə ola bilər.

Bakıvaxtı.az xəbər verir k, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç "TV Prva" telekanalına müsahibəsində danışıb.

Dövlət başçısı bildirib ki, iqtisadi artım tempinin yüksək olması ölkəyə irimiqyaslı layihələrin maliyyələşdirilməsi üçün əlavə imkanlar yaradır.

Vuçiç qeyd edib ki, hazırda Serbiyada genişmiqyaslı infrastruktur layihələri icra olunur. Onun sözlərinə görə, Kralyevo, Kruşevats, Çiçevats, Trstenik, Çaçak və Belqrad istiqamətlərində yeni avtomobil yollarının tikintisi davam etdirilir. Prezident vurğulayıb ki, bu cür layihələrin həyata keçirilməsi əvvəlki illərdə ölkə vətəndaşları üçün əlçatmaz görünürdü.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Iyul 2026