• Bakı 33° C

    1.17 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

Raket çatışmazlığı: Tramp İran planından geri çəkildi

DÜNYA

26 Iyul 2026 | 12:00

Raket çatışmazlığı: Tramp İran planından geri çəkildi

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin miqyasını genişləndirmək planından hələlik geri çəkilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Məlumata görə, Trampın bu qərarı qəbul etməsinə yüksək vəzifəli müşavirlərinin xəbərdarlıqları səbəb olub.

Bildirilir ki, daha genişmiqyaslı hərbi əməliyyat ABŞ-ın hava hücumundan müdafiə raket ehtiyatlarının, xüsusilə də Yaxın Şərqdə yerləşən Amerika qüvvələrinin müdafiəsində istifadə olunan “Patriot” raketlərinin sürətlə tükənməsinə gətirib çıxara bilər.

Məhz bu risklər nəzərə alınaraq Vaşinqton hazırda İranla bağlı hərbi strategiyasını yenidən qiymətləndirir./Axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Iyul 2026