“Şamaxı” yoxlama matçında qələbə qazanıb.
Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan təmsilçisi Qətərin II liqasında çıxış edən “Əl-Xaritiyat”la qarşılaşıb.
Qəbələ şəhər stadionunda keçirilən görüş “Şamaxı”nın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Şamaxı" ilk yoxlama matçında "Kəpəz"lə qolsuz heç-heçə edib.
Bakı 



