Dünən dövlət katibi Marko Rubio ilə danışdım və o, bir daha mənə ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı güc tətbiq etmək niyyətini təsdiqlədi.
Bakıvaxtı.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.
“BCM dünyada ədaləti təhlükə altına qoyur və eyni zamanda demokratik, suveren dövlətlərin öz suverenliklərini həyata keçirmək hüququnu təhdid edir”, - Netanyahu bildirib.
Qeyd edək ki, BCM Qəzzadakı qətliamlara görə Netanyahuya qarşı 2024-cü ildə həbs qərarı verib. Həbs qərarını verən əsas simalardan biri olan prokuror Kərim Xan isə BCM-in əməkdaşlarından birinə qarşı zorakılıq ittihamı ilə vəzifəsindən kənarlaşdırılıb.
Bakı 



