Yəməndə İranın dəstəklədiyi husilər Səudiyyə Ərəbistanına raket və pilotsuz uçuş aparatları ilə hücum etdiklərini açıqlayıblar.
Bakıvaxtı.az xəbər verir ki, husilərin hərbi sözçüsü Yəhya Səri hücumların Qırmızı dəniz sahilində yerləşən Yanbu və Cizan şəhərlərindəki "Saudi Aramco" şirkətinə məxsus neft obyektlərini hədəf aldığını bildirib. Onun sözlərinə görə, bu əməliyyatlar Səudiyyə Ərəbistanının Hudeydə şəhərinə endirdiyi hava zərbələrinə cavab olaraq həyata keçirilib.
Səudiyyə Ərəbistanının Mülki Müdafiə Xidməti hər iki şəhərdə hava həyəcanı siqnallarının verildiyini təsdiqləyib. Lakin hadisə nəticəsində dağıntılar və ya insan tələfatı barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Hücumlar Qırmızı dəniz və Bab əl-Məndəb boğazında gərginliyin artdığı bir dövrə təsadüf edir. Strateji əhəmiyyət daşıyan bu marşrut dünya dəniz ticarətinin əsas yollarından biri hesab olunur və qlobal yük daşımalarının təxminən 12 faizi buradan həyata keçirilir.
Bakı 



