• Bakı 23° C

    2.4 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Dünən toylara görə cərimələnənlərin sayı AÇIQLANDI

HADİSƏ

10 Dekabr 2021 | 10:46

Dünən toylara görə cərimələnənlərin sayı AÇIQLANDI

Dekabrın 9-da Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 122 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, monitorinq 117 şadlıq sarayında, 5 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 5 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 63 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026