• Bakı 22° C

    5.08 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Ermənilər Kəlbəcəri ATƏŞƏ TUTDU

HADİSƏ

08 Yanvar 2022 | 16:32 | Müəllif: Subhan Mahmudov

Ermənilər Kəlbəcəri ATƏŞƏ TUTDU

Yanvarın 8-də saat 13:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətindən AQS və iriçaplı silahlardan istifadə etməklə Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərini atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub. Şəxsi heyət və texnikamızda itki yoxdur.

Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026