• Bakı 21° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb - FOTO

HADİSƏ

16 Iyul 2026 | 00:05 | Müəllif: Subhan Mahmudov

Dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb - FOTO

Odessa şəhəri yaxınlığında dron hücumuna məruz qalan gəmidən xilas edilən 10 Azərbaycan vətəndaşı bu gün Ukraynadan Vətənə yola salınıb.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları Fərid Babayev və Pərviz Əsədovun müşayiəti ilə Azərbaycan vətəndaşları Lətifova Gülana, Nəsrullayev Tofiq, Səmədov Səbuhi, İsmayılov İsmayıl, Əliyev Aydın, Rəhimov Cavid, Rəhimov Mehman, Axundov İsmayıl, Əliyev Qurban və Abasov Valeh iyulun 15-də Moldova vasitəsilə Azərbaycana yola salınıblar.

Qeyd edək ki, iyulun 14-də Ukraynanın Odessa sahilləri yaxınlığında yerli vaxtla saat 15:15 radələrində Türkiyənin "Okean Maritime" şirkətinə məxsus Atlas Bey adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb.

Gəmidə ekipaj üzvlərindən 11-i Azərbaycan Respublikasının vətəndaşıdır. Məlumata görə, Azərbaycan vətəndaşı olan gəmi kapitanı istisna olmaqla, ekipajın digər üzvləri Odessa şəhərində sahilə çıxarılıb. Kapitanın axtarışı davam edir.


Dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Oktyabr 2026