• Bakı 20° C

    5.23 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Dövlət qulluğuna qəbul olmaq istəyənlər imtahan verir

CƏMİYYƏT

07 Mart 2021 | 10:50

Dövlət qulluğuna qəbul olmaq istəyənlər imtahan verir

Bu gün inzibati rəhbər (A növü) və inzibati icraçı (B növü) vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq istəyən namizədlər test imtahanı verir.

Dövlət İmtahan Mərkəzindən (DİM) Bakıvaxtı.az-a bildirilib ki, inzibati vəzifələrin B növünə aid vəzifələr üzrə olan imtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 6, Gəncədə isə 1 binada təşkil olunur. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 593, BB qrupu üzrə 1263 olmaqla, ümumilikdə 1856 namizəd qeydiyyatdan keçib.

İnzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan vəzifələr üzrə test imtahanı elektron qaydada, kompüterlər vasitəsilə DİM-in Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında keçirilir. Bu imtahanda 57 namizədin iştirakı nəzərdə tutulur.

İmtahanlar saat 11:00-da başlanır və 3 saat davam edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR