Azərbaycan Ordusunda hərbi qulluqçulara kirayə pulu verilməsi ilə bağlı mexanizm uzun illərdir qüvvədədir və hazırda da tətbiq olunmağa davam edir. Bakı şəhərində xidmət edən hərbçilərə aylıq rayon qeydiyyatındadırsa, 150 manat kirayə pulu ödənilir.
Bakıvaxtı.az xəbər verir ki, rayonlarda xidmət edən hərbi qulluqçular üçün isə məbləğ xidmət yerinin paytaxta olan məsafəsindən asılı olaraq dəyişir – məsafə artdıqca ödəniş də yüksəlir.
Qeyd edək ki, ailəli hərbi qulluqçular üçün əlavə dəstək mexanizmi də illərdir mövcuddur. Belə ki, hər bir övlada görə kirayə pulunun 50 faizi həcmində əlavə vəsait hesablanır.
Bu mexanizm illərdir davam edən sosial dəstək siyasətinin bir hissəsi olaraq hərbçilərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlib.
Murad İsmayıl
Bakı 




