• Bakı 11° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Mahnı sözlərinə görə 95 min cərimələndi

ŞOU

30 Mart 2026 | 17:30

Mahnı sözlərinə görə 95 min cərimələndi

Moskvanın Taqanski Rayon Məhkəməsi reper Qanvestin (əsl adı Ruslan Qominov) musiqisinin məzmunu ilə bağlı qərar verib.

Bakıvaxtı.az xəbər verir ki, ifaçı inzibati xətada təqsirli bilinib. Qeyd edilib ki, mahnı sözləri insan ləyaqətini və ictimai əxlaqı təhqir edir.

Məhkəmə sənətçinin cəmiyyətə açıq şəkildə hörmətsizlik və əxlaqa təhqir ifadə edən məlumatlar yaydığını müəyyənləşdirib. Nəticədə, Qominov inzibati cəzaya - 95.000 rubl (təxminən 1993 manat) cəriməyə məhkum edilib. /axşam.az


SON XƏBƏRLƏR