• Bakı 10° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Livanda partlayış: iki BMT sülhməramlısı həlak oldu

DÜNYA

30 Mart 2026 | 23:28

Livanda partlayış: iki BMT sülhməramlısı həlak oldu

BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) iki sülhməramlısı ölkənin cənubunda baş verən partlayış nəticəsində həlak olub. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə CNN-ə BMT missiyasının açıqlamasında bildirilib.

UNIFIL daha iki sülhməramlı əsgərin yaralandığını, onlardan birinin vəziyyətinin ağır olduğunu bildirib.

BMT-nin Sülhməramlı Əməliyyatlar üzrə baş katibinin müavini Jan-Pyer Lakrunun sözlərinə görə, həlak olan sülhməramlılar İndoneziya vətəndaşları olub.

Missiyanın bəyanatında hadisənin səbəblərini müəyyən etmək üçün araşdırma başlandığı bildirilir. 

Aynur Babazadə


SON XƏBƏRLƏR

30 Mart 2026