İsrailin Baş naziri Binyamin Netanyahu İordaniya kralı II Abdullah ilə görüşmək istəsə də, İordaniya tərəfi bundan imtina edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə dövlət televiziyası Kan məlumat yayıb.
İsrail və İordaniya mənbələrinə görə, Netanyahunun ofisi İranla qarşıdurma başlamazdan əvvəl iki lider arasında görüş təşkil etmək xahişi ilə Ammana müraciət edib.
Kan qeyd edir ki, bu tələbə cavab olaraq Haşimilər Krallığı Fələstin dövlətinin yaradılması perspektivləri, fələstinlilərin Qəzza zolağından çıxarılmasının qarşısının alınması, Qüdsdəki Əl-Əqsa məscidinə ibadət edənlərin girişinin təmin edilməsi və Qərbi Şəriyədə yəhudi məskunlarının zorakılıq məsələsi də daxil olmaqla "bir sıra məsələlərə aydınlıq gətirilməsini" tələb edib.
Dövlət televiziyası bildirib: "İsraildən gələn cavablar İordaniya tərəfini qane etməyib və Netanyahuya kralla görüşmək kimi siyasi nailiyyət vermək istəyinin olmadığı və İsraillə gələcək əlaqələrin pərdəarxası təhlükəsizlik kanalları vasitəsilə təmin edilə biləcəyi qərara alınıb".
Əli Hüseynov
Bakı 




