• Bakı 10° C

    4.16 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Rasim Balayevin oğlu atasının ölümündən DANIŞDI

CƏMİYYƏT

30 Mart 2026 | 21:04

Rasim Balayevin oğlu atasının ölümündən DANIŞDI

"Sözün bitdiyi yerdir. Kaş ki, atam sağ olaydı. Ömür vəfa vermədi".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Rasim Balayevin oğlu Ülvi Balayev "Xəzər axşamı"na açıqlamasında deyib. O, atasının son nəfəsində yanında olmadığını bildirib:

"Artıq neçə aydır müalicə alırdı. Arada səhhətində dəyişikliklər olurdu. Amma son mərhələdə bədəni yoruldu, bütün enerji resursları tükəndi və buna görə də təslim oldu. Mən Bakıda idim, atamı son nəfəsində görə bilmədim. Bizim planımız, niyyətimiz başqa idi. Təəssüflər olsun ki, qismət olmadı"./Axşam.az


SON XƏBƏRLƏR