• Bakı 11° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Tramp İranı hədələyib

DÜNYA

30 Mart 2026 | 17:45

Tramp İranı hədələyib

ABŞ Prezidenti Donald Tramp İranın Xarq adasını, neft quyularını bombalamaqla hədələyib.

Bakıvaxtı.az xəbər verir ki, ABŞ Prezidenti bu barədə paylaşımında bildirib.

Donald Tramp qeyd edib ki, İranda hərbi əməliyyatların dayandırılması məqsədilə yeni və daha ağlabatan rejimlə ciddi danışıqlar aparırlar:

“Böyük irəliləyiş əldə olunub və böyük ehtimalla yaxın vaxtlarda razılaşma əldə ediləcək. Lakin hər hansı səbəbdən yaxın vaxtlarda razılaşma əldə edilməzsə, Hörmüz boğazı dərhal “ticarət üçün açıq” elan olunmazsa, biz İrandakı möhtəşəm mövcudluğumuzu onların bütün elektrik stansiyalarını, neft quyularını və Xarq adasını (bəlkə də bütün duzsuzlaşdırma qurğularını) partladaraq və tamamilə məhv edərək başa çatdıracağıq. Halbuki bunlara indiyədək qəsdən toxunmamışıq. Bu, İranın köhnə rejiminin 47 illik terror hakimiyyəti dövründə vəhşicəsinə öldürdüyü çoxsaylı əsgərlərimiz və digər şəxslər üçün qisas olacaq”.


SON XƏBƏRLƏR