Bu gün Azərbaycanda Novruz və Ramazan bayramları ilə əlaqədar tətbiq edilən 11 günlük tətil başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, tətil günləri 20–30 mart 2025-ci il tarixlərini əhatə edib.
Novruz bayramı 20, 21, 22, 23 və 24 mart tarixlərində qeyd olunub. 21 və 22 martın şənbə və bazar günlərinə düşməsi səbəbindən Əmək Məcəlləsinə uyğun olaraq 25 və 26 mart da qeyri-iş günü elan edilib.
Ramazan bayramı isə 20 və 21 mart tarixlərinə təsadüf edib. Bayram günlərinin digər iş günü hesab olunmayan günlərlə üst-üstə düşməsi səbəbilə qanunvericilik əsasında 27 və 30 mart tarixləri də istirahət günü kimi müəyyən edilib.
Murad İsmayıl
Bakı 




