• Bakı 10° C

    1.38 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Çexiya Rusiyaya qarşı sanksiya qəbul etdi

DÜNYA

30 Mart 2026 | 22:36

Çexiya Rusiyaya qarşı sanksiya qəbul etdi

Çexiya hökuməti Rusiya vətəndaşı Konstantin Roqaçı milli sanksiya siyahısına əlavə edib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çexiya xarici işlər naziri Petr Macinka məlumat verib. 

Nazir qeyd edib: "Hökumət Konstantin Roqaçın Çexiyanın sanksiya siyahısına daxil edilməsini təsdiqləyib və onun Avropa İttifaqı (Aİ) sanksiya siyahısına daxil edilməsi ehtimalı da var. O, Çexiyada uzunmüddətli yaşayış icazəsinə malik Rusiya vətəndaşıdır. Son on ildə bu şəxs Rusiya, Kipr və Çexiyada yerləşən kommersiya şirkətləri vasitəsilə beynəlxalq dəniz nəqliyyatı sahəsində kommersiya xidmətləri göstərib. Son üç ildə bu şəxs bilərəkdən Rusiya kölgə donanmasında iştirak edən neft tankerləri üçün sığorta təminatında vasitəçi kimi çıxış edib. O həmçinin Aİ, Böyük Britaniya və ABŞ-nin sanksiya siyahılarına daxil edilmiş sığorta şirkətləri ilə əməkdaşlıq edir". 

Aynur Babazadə


SON XƏBƏRLƏR

30 Mart 2026