Azərbaycanda 2026-cı ilin aprel ayı üçün həqiqi hərbi xidmətə çağırış prosesi start götürəcək.
Bakıvaxtı.az xəbər verir ki, çağırış 1 apreldən etibarən başlayacaq və 30 aprel tarixinədək davam edəcək.
Müvafiq dövlət qurumları gənclərə qeydiyyat və tibbi müayinələrlə bağlı əvvəlcədən məlumatlandırılma prosesinin aparıldığını bildirir.
Qeyd edək ki, bu zaman ərzində çağırışçılar müəyyən edilmiş müddətlərə uyğun şəkildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarələrinə getməlidirlər.
Murad İsmayıl
Bakı 




