• Bakı 10° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Mirzoyan hollandiyalı həmkarı ilə danışdı

DÜNYA

30 Mart 2026 | 20:56

Mirzoyan hollandiyalı həmkarı ilə danışdı

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Niderland Krallığının xarici işlər naziri Tom Berendsen ilə telefon danışığı aparıb.

Bakıvaxtı.az xəbər verir ki, Mirzoyan hollandiyalı həmkarını xarici işlər naziri vəzifəsinə başlaması münasibətilə təbrik edərək, ona uğurlar arzulayıb və Ermənistanın Hollandiya ilə tərəfdaşlığı ardıcıl şəkildə inkişaf etdirmək yanaşmasını vurğulayıb.

Nazirlər Ermənistan və Niderland arasında strateji tərəfdaşlıq gündəliyinin zənginləşdirilməsinə yönəlmiş işləri müzakirə ediblər. 

Tərəflər Ermənistan-Avropa İttifaqı tərəfdaşlığının dərinləşdirilməsi də daxil olmaqla, müxtəlif formatlarda əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar. Həmçinin, qarşıdan gələn yüksək səviyyəli səfərlər və tədbirlər, o cümlədən Avropa Siyasi Birliyi Sammiti və Yerevan Dialoqu diplomatik forumu barədə də danışıblar.

Əli Hüseynov


SON XƏBƏRLƏR