• Bakı 11° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Aİ İrana qarşı sanksiyaları genişləndirdi

DÜNYA

30 Mart 2026 | 18:31

Aİ İrana qarşı sanksiyaları genişləndirdi

Avropa İttifaqı (Aİ) Şurası bu gün Aİ-nin İrana qarşı məhdudlaşdırıcı tədbirlərini 13 aprel 2027-ci ilə qədər uzatmaq qərarına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Aİ məlumat yayıb.

Bu tədbirlərə səyahət qadağası və aktivlərin dondurulması, eləcə də "daxili repressiya" üçün istifadə edilə biləcək avadanlıqların İrana ixracının qadağan edilməsi daxildir. Bundan əlavə, Aİ vətəndaşlarına və şirkətlərinə siyahıya daxil olan şəxslərə və təşkilatlara vəsait ayırmaq qadağandır.

Hazırda siyahıda ümumilikdə 262 şəxs və 53 təşkilat var.


SON XƏBƏRLƏR