94 yaşlı amerikalı aktyor Ceyms Tolkan vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Aktyor ABŞ-nin Leyk Plesid şəhərində yaşadığı evdə dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Tolkan daha çox “Gələcəyə qayıdış” trilogiyasında canlandırdığı sərt müəllim "Striklend" rolu ilə tanınıb. O, həmçinin “Ən yaxşı pilot” filmindəki obrazı ilə də yadda qalıb./Axşam.az
Bakı 




