• Bakı 11° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Çexiyada silah zavodunun ərazisində yanğın

DÜNYA

30 Mart 2026 | 17:41

Çexiyada silah zavodunun ərazisində yanğın

Çexiyanın Pardubitse şəhərində yerləşən "LPP Holding" silah zavodunda bu yaxınlarda törədilmiş yanğınla əlaqədar beş nəfər həbs edilib.

Bakıvaxtı.az "Česke Noviny"yə istinadən xəbər verir ki, bu barədə Çexiyanın daxili işlər naziri Lyubomir Metnar slovakiyalı həmkarı Matuş Şutay Eştokla birgə keçirdiyi mətbuat konfransında bildirib.

"Hadisə yerində daha çox cinayətkar olub. Bu gün onlardan beş nəfərini həbs etdik", – Metnar deyib.

Metnar Çexiya polisinin terror aktı kimi araşdırdığı bu işlə bağlı şübhəli bilinən şəxsin həbs edilməsinə görə Slovakiyaya təşəkkür edib.

Xatırladaq ki, martin 20-də naməlum şəxslər "LPP Holding" şirkətinin silah zavodunun binasını yandırıblar. "Earthquake Faction" qruplaşması yanğına görə məsuliyyəti öz üzərinə götürüb.


SON XƏBƏRLƏR