• Bakı 10° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Fars körfəzində daha bir gəmi vuruldu

DÜNYA

30 Mart 2026 | 20:11

Fars körfəzində daha bir gəmi vuruldu

Səudiyyə Ərəbistanı sahillərində Fars körfəzində konteyner gəmisinə atəş açılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi məlumat yayıb.

Bildirilib ki, konteyner gəmisinin əməkdaşı təxminən bir saatlıq fasilə ilə gəminin yaxınlığında iki naməlum mərmi düşdüyünü bildirib.

"Heç bir heyət üzvü xəsarət almayıb. Səlahiyyətlilər araşdırma aparır", - deyə açıqlamada bildirilib.

Səudiyyə Ərəbistanının Ras Tanura şəhərindən 22 dəniz mili şimal-şərqdə baş verən hadisə barədə əlavə məlumat verilməyib.

Qeyd edək ki, Ras Tanura Səudiyyə Ərəbistanı yataqlarında hasil edilən neftin daşındığı əsas neft limanına ev sahibliyi edir.


SON XƏBƏRLƏR