• Bakı 22° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Dollara tələbat niyə azalıb? - İnsanlar yığdıqlarını xərcləyirlər ki...

CƏMİYYƏT

16 Sentyabr 2026 | 11:28 | Müəllif: Qalib İbrahimoğlu

Dollara tələbat niyə azalıb? - İnsanlar yığdıqlarını xərcləyirlər ki...

Ölkədə xarici valyutaya tələbin azalması son dövrlərdə valyuta bazarında müşahidə olunan əsas tendensiyalardan birinə çevrilib. Mərkəzi Bankın məlumatları da bunu təsdiqləyir.

Belə ki, 2026-cı ilin ilk altı ayında keçirilən valyuta hərraclarında 757 milyon ABŞ dolları satılıb. Halbuki 2025-ci ilin eyni dövründə bu göstərici 2,7 milyard dollar, 2024-cü ilin ilk altı ayında isə 3,5 milyard dollar təşkil edib.

Valyutaya tələbin azalması hansı amillərlə bağlıdır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən bank sektoru üzrə mütəxəssis Əkrəm Həsənov deyib ki, əsas tələb ölkədə gəlirlərin azalmasıdır.

Onun sözlərinə görə, valyutaya tələbin azalması iqtisadi problemlərlə bağlıdır:

“Valyutaya tələb nə zaman olur? Ölkədə iqtisadi aktivlik müşahidə olunan zaman valyutaya tələb də artır. O zaman insanlar da pul almağa, harasa investisiya qoymağa, yatırım etməyə meyilli olurlar. Yaxud da pullarını yığırlar”.

Əkrəm Həsənov, bank sektoru üzrə mütəxəssis

Müsahibimiz qeyd edib ki, ancaq gəlirlər azalan zaman tamamilə əksinə olur. İnsanlar yığdıqlarını dəyişirlər ki, xərclərini bağlasınlar:

“Düzdür, bunu indi rəsmi qurumlar başqa səbəblərlə izah edirlər. Əsasən, milli valyutaya etimadını artması ilə əlaqələndirirlər, ancaq təbii olaraq hamı başa düşür ki, reallıq başqadır”.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026