q
  • Bakı 14° C

    8.21 m/s

  • USD - 1.7

    EUR - 2.0018

    RUB - 2.268

Dəhşətli qəzada ölən şəxs müəllim imiş - FOTO

HADİSƏ

22 Aprel 2026 | 10:05

Dəhşətli qəzada ölən şəxs müəllim imiş - FOTO

Ötən gün Yasamal rayonu Kənar Dairəvi yolda baş vermiş ağır qəzada həyatını itirən şəxsin kimliyi məlum olub.

Bakıvaxtı.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Vüqar Məmmədovun idarə etdiyi “Toyota” markalı avtomobilin “Kamaz”a çırpılması nəticəsində həlak olan şəxs 1974-cü il təvəllüdlü Beyləqan rayon sakini İlhamə Kamranovadır.

O, Beyləqan şəhəri Mehdi Mehdizadə adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində müəllim işləyirmiş.

Təhsil müəssisəsindən saytımıza bildirilib ki, dünən İ.Kamranovanın məktəbdə dərsi olmayıb.

Qeyd edək ki, hadisə nəticəsində sürücü V.Məmmədov və daha 2 qadın sərnişini xəsarət alıb.


SON XƏBƏRLƏR

21 Aprel 2026